İdman

Montiel üçün mövsüm erkən bitdi

01 May 2026, 17:20 1 baxış
Montiel üçün mövsüm erkən bitdi

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.


Axar.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.


Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.


Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər