İdman
"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Joni Montiel üçün mövsüm artıq başa çatıb: "Montielin zədəsi ciddidir. Çeçələ barmağı qırılıb. Bu gün əməliyyat olunacaq. Minimum bir ay yaşıl meydanlardan kənarda qalacaq. Joni Montiel üçün mövsümün bitdiyini deyə bilərik". Qeyd edək ki, Montiel Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" ilə oyununun 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobudluğundan sonra zədələnərək birbaşa xəstəxanaya aparılmışdı. Xatırladaq ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az