İdman
Təxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdi
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib. Oxu.Az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib. Qərara əsasən, "Neftçi" komandasının 5 futbolçusunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimə edilib. Digər qərarda isə "Qarabağ" azarkeşlərinin oyun zamanı rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi qeydə alınıb. Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün Ağdam təmsilçisi 8 000 manat cərimə olunub.
Mənbə
oxu.az