İdman
Əvəzedici heyətlə ilk oyunlarına çıxıb, qol vurdular
“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətlə ilk oyunlarına çıxıblar.
Axar.az xəbər verir ki, futbolçular bu gün əvəzedicilər liqasının 24-cü turunda “Zirə” ilə görüşdə oynayıblar.
Start heyətdə meydana çıxan hər iki futbolçu qol vurub. Abbas 49, Elvin isə 73-cü dəqiqədə fərqlənib. Cəfərquliyev penaltidən rəqib qapısına yol tapıb. Oyun “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Mənbə
axar.az