Cəmiyyət
WUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib". Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib. O bildirib ki, bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq səviyyədə də quruculuq işləri ilə tanınır: "Azərbaycanda şəhərsalma modeli köhnə modeldən çıxıb. Ağıllı şəhər və kənd konsepsiyaları həyata keçirilir. Şəhər landşaftının formalaşması, yaşıl zonanın artırılması müasir çağırışlara cavab verir. Azərbaycanın qabaqcıl şəhərsalma modeli dünyada da tanınır".
Mənbə
oxu.az