Cəmiyyət

Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO

01 May 2026, 12:57 1 baxış
Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə VK məlumat yayıb. Bildirilib ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə bir vəkilə töhmət verilib, bir vəkilə xəbərdarlıq edilib, iki vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub. Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə edilib və zəruri qərarlar qəbul olunub.
Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər