Cəmiyyət

"İctimai proseslər media müstəvisində" platformasının məqsədləri AÇIQLANDI - FOTO

01 May 2026, 10:43 1 baxış
"İctimai proseslər media müstəvisində" platformasının məqsədləri AÇIQLANDI - FOTO
"Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan "İctimai proseslər media müstəvisində" platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır". Oxu.Az xəbər verir ki, bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda 3-cü Forumun açılışı mərasimində çıxışı zamanı bildirib.
O bildirib ki, artıq Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub: "Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcəkdir". Xatırladaq ki, 2026-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu il 17-22 may tarixlərində isə Bakıda qlobal əhəmiyyətli - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək.
"İctimai proseslər media müstəvisində" platformasının məqsədləri AÇIQLANDI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər