Siyasət
Çahal Akaşdip Sinqh: "Hindistan neytral dövlət deyil, müstəmləkəçiliyin davamıdır"
"Bir çox postkolonial dövlətlər kimi, Hindistan da müstəmləkə dövründə qurulmuş eyni idarəetmə strukturlarını miras alıb və saxlayıb" . Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı Beynəlxalq Gənclər Forumunda Hindistandan olan iştirakçı Çahal Akaşdip Sinqh deyib. O bildirib ki, bugünkü formada Hindistan neytral dövlət deyil. O, müstəmləkəçiliyin davamıdır və onun siqh suverenliyi ilə münasibətləri məcburiyyət və zorakılıqla müəyyən olunub. "Bunu anladıqda, güclənmə məsələsi də dəyişir. Bu, artıq sadəcə həmin sistem daxilində təmsilçilik və ya hüquqlar məsələsi deyil. Bu, suverenlik məsələsinə çevrilir. Çünki siqhlər heç vaxt başqa bir dövlət daxilində sadəcə özəl kimlik kimi mövcud olmaq üçün nəzərdə tutulmayıblar. "Guru Xalsa Panth" suveren bir birlik olub və belə də qalır - onun öz hakimiyyət, məsuliyyət və ədalət anlayışı var. Bu səbəbdən, Xalistan barədə danışarkən, onu yalnız reaksion tələb, dar siyasi layihə və ya məqsədə çatmaq vasitəsi kimi təqdim etməməliyik. Xalistan daha dərin məna daşıyır. O, siqh suverenliyinin real, legitim olduğunu və onun müstəmləkə modernliyinin diktə etdiyi deyil, özünəməxsus bilik və mədəni çərçivəyə əsaslandığını ifadə edir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər