Cəmiyyət

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

01 May 2026, 09:22 1 baxış
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.


"Hazırda "Azerbaijan Airlines" aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir", - nazirlikdən Rusiya və Azərbaycanın xarici siyasət idarələrinin bəyanatından sonra istintaqın davam etdirilməsinin və ya dayandırılmasının planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabda qeyd edilib.


Nazirlikdən vurğulanıb ki, təhqiqat başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq:


"Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, komissiyanın nəticələri və tövsiyələri əks olunacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər