İdman

Konfrans Liqasında ən sürətli qol vuruldu

01 May 2026, 09:29 1 baxış
Konfrans Liqasında ən sürətli qol vuruldu

"Kristal Palas"ın oyunçusu İsmaila Sarr Konfrans Liqasında yeni rekord müəyyənləşdirib.


Axar.az "Opta"ya istinadla xəbər verir ki, seneqallı futbolçu "Şaxtyor"la yarımfinal matçının ilk qarşılaşmasında hesabı cəmi 21 saniyə sonra açıb. Bu, turnir tarixində ən sürətli qol olub.


Matç London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 7-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər