İdman
Dünya çempionatına 41 gün qaldı: BRAZİLİYA - "Seleção" - VİDEO - FOTO
Braziliya millisi (Seleção", selesaon - seçilmişlər) futbol dünyasının ən parlaq ulduzu və dünya çempionatlarının dəyişməz simvoludur. 2026-cı ildə Şimali Amerikada keçiriləcək turnirdə braziliyalılar 24 illik çempionluq həsrətinə son qoymaq və altıncı ulduzu formalarına əlavə etmək üçün meydana çıxacaqlar. Braziliya gələn il keçiriləcək dünya çempionatında rekordunu yeniləyərək 23-cü dəfə iştirak edəcək. Onların 1958-ci ildə bu möhtəşəm tacı ilk dəfə qazandıqdan sonra ən uzun titulsuzluq dövrü 24 il (1970-1994-cü illər arası) davam etmiş və məhz Amerika torpağında sona çatmışdı. Bu səbəbdən braziliyalılar ümid edirlər ki, Şimali Amerikada və sonuncu dəfə (2002) kuboku qaldırdıqdan 24 il sonra keçiriləcək DÇ-2026-da tarix yenidən təkrar olunacaq. Oxu.Az Braziliya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
2024/25 mövsümünün sonunda "Real Madrid"i tərk edərək Braziliya millisinə keçən italiyalı mütəxəssis Karlo Ançelotti dünya çempionatında "selesaon"a rəhbərlik edən ilk əcnəbi məşqçi olacaq. Klub futbolunda ən çox uğur qazanan mütəxəssis kimi tanınan "don Karlo" hazırda milli komandanın baş məşqçisi kimi ilk təcrübəsini yaşayır. Lakin bu onun məşqçilər korpusunun bir üzvü kimi dünya çempionatındakı ilk təcrübəsi deyil. O, 1994-cü ildə İtaliya millisi məhz Braziliyaya məğlub olaraq ikinci yeri tutarkən Arriqo Sakkinin köməkçisi idi. Braziliyanın ilk dünya çempionatı Braziliya 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında iştirak edən yeddi Cənubi Amerika komandasından biri olub. Buna baxmayaraq, onlar Yuqoslaviyaya qarşı gözlənilməz 1:2 hesablı məğlubiyyətdən sonra qrup mərhələsini adlaya bilməyiblər. "Selesaon"un ən diqqətçəkən oyunçusu Prequinyo olub. Hücumçu iki oyunda üç dəfə fərqlənərək Braziliyanın turnirdəki tarixi debüt qoluna da imza atıb.
Braziliyanın son dünya çempionatı 2022-ci ildə Braziliya dörddəbir finalda Xorvatiya tərəfindən mübarizədən kənarlaşdırılmışdı və bu, dörd il əvvəl eyni mərhələdəki məğlubiyyətin təkrarı olmuşdu. Serbiya və İsveçrə üzərindəki qələbələrdən sonra "Seleção" qrup mərhələsinin son oyununda Kameruna məğlub olsa da, G qrupunu birinci yerdə tamamlayaraq pley-offa vəsiqə qazanmışdı. Səkkizdəbir finalda Cənubi Koreya üzərində 4:1 hesablı inamlı qələbə onları dörddəbir finalda 2018-ci ilin finalçısı Xorvatiya ilə üz-üzə qoymuşdu. Qolsuz keçən 90 dəqiqədən sonra əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Yekunda braziliyalılar penaltilər seriyasındakı 2:4 hesablı məğlubiyyətlə turnirlə vidalaşmışdılar.
Braziliyanın ən yaxşı dünya çempionatı Digər ölkələrdən daha çox - beş dəfə çempion olduqlarını nəzərə alsaq, Braziliya üçün ən yaxşı dünya çempionatını seçmək asan məsələ deyil. Bəlkə də 1970-ci ildə Meksikada keçirilən turnirdə qazanılan zəfər digərlərindən fərqlənir. Pele, Jairzinyo, Tostao və Rivellino kimi öldürücü hücumçulardan ibarət ulduzlu heyət turnirdəki bütün matçlarını qazanmışdı və finalda İtaliyanı 4:1 hesabı ilə darmadağın edərək "Jül Rime" Kubokunu qaldıran sonuncu komanda olmuşdu.
Braziliya DÇ-2026-ya necə vəsiqə qazanıb? Cənubi Amerikada keçirilən dünya çempionatına qatılmaq üçün seçmə mərhələdə bütün CONMEBOL ölkələri dairəvi liqa formatında bir-biri ilə qarşılaşır. Braziliya turnirə birbaşa vəsiqə verən altı yerdən beşincisini tutaraq, turnirə yollanıb.
DÇ-2026-da Braziliyanın oyun cədvəli (Bakı vaxtı ilə) Braziliya DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya millilərinə qarşı mübarizə aparacaq. C qrupu: 14 iyun, 02:00, Braziliya - Mərakeş (Nyu-Cersi stadionu); 20 iyun, 04:30, Braziliya - Haiti (Filadelfiya stadionu); 25 iyun, 02:00, Şotlandiya - Braziliya (Mayami stadionu).
Braziliyanın Dünya Çempionatlarında ən çox qol vuran oyunçusu İkiqat dünya çempionu (1994, 2002) Ronaldo Nazario iştirak etdiyi dörd dünya çempionatından üçündə (1998, 2002 və 2006) vurduğu 15 qolla Braziliyanın dünya çempionatları tarixindəki ən yaxşı bombardiridir. Bu qolların ən vacibləri 2002-ci il dünya çempionatının finalında Braziliyanın Almaniya üzərində 2:0 hesablı qələbəsi zamanı ikinci hissədə vurulmuşdu. O, 2006-cı ildə Qana üzərində 3:0 hesablı qələbə qazandıqları matçda dünya çempionatlarında 15-ci və sonuncu qolunu vurmuşdu. Səkkiz il ərzində o, dünya çempionatında ən çox qol vurma rekordunu əlində saxlayıb.
Braziliyanın Dünya Çempionatlarında ən çox oyun keçirən futbolçusu DÇ-1994-də Braziliyanın qalib heyətində parlayan istedad və 2002-ci ildə Braziliyaya beşinci ulduzu qazandıran komandanın kapitanı kimi Kafu "Seleção" üçün dörd turnirdə ümumilikdə 20 oyuna çıxıb. O, yalnız ilk turnirində 1994-cü ildə üç qarşılaşmada təcrübəli veteran Jorjinyonu əvəz edərək ehtiyat oyunçular skamyasından meydana daxil olub. Kafu, eyni zamanda, bütün turnirlər nəzərə alınmaqla 150 oyunla Braziliya millisinin ən çox forma geyinən futbolçusudur.
Braziliyanın unudulmaz dünya çempionatı anları Braziliyanın ən yaxşı dünya çempionatını seçmək çətin olduğu kimi, onların unudulmaz dünya çempionatı anlarını seçmək məsələsində də çox sayda variant qarşısında qalırıq. Bəlkə də, 1970-ci il dünya çempionatı finalındakı möhtəşəm performansa, xüsusən də İtaliya üzərində qazanılan 4:1 hesablı inamlı qələbədəki sonuncu qola nəzər salmalıyıq. Bu, texniki bacarıq, şən yaradıcılıq və komanda işinin ustad dərsi idi. Bu, 1958-ci ildə İsveçdə keçirilən turnirin finalında ev sahiblərini 5:2 hesabı ilə darmadağın edərək "o rei" ("kral") statusunu möhkəmləndirən Pelenin 12 il sonrakı zirvə anı idi. Pele 1962-ci ildə Çilidə keçirilən turnirin əvvəlində zədələndikdə, Qarrinça məsuliyyəti öz üzərinə götürmüşdü və dünya çempionatı tarixinin ən möhtəşəm fərdi performanslarından birini nümayiş etdirmişdi.
Daha yaxın keçmişə baxsaq, 1994-cü ildə "Azzurri"yə qarşı dramatik penaltilər seriyasındakı zəfər və 2002-ci ildə Ronaldo, Rivaldo və Ronaldinyodan ibarət hücum üçlüyünün əlaqəli oyunu da yaddaşlarda uzun müddət yaşayacaq.
Braziliyanın ən böyük dünya çempionatı qələbəsi Braziliya ən böyük dünya çempionatı qələbəsini 1950-ci il iyulun 9-da yeni açılmış "Marakana"da İsveçi 7:1 hesabı ilə məğlub edərək qazanıb. Bu, turnirin final mərhələsində ev sahibi üçün üç həlledici döyüşdən birincisi idi və braziliyalı azarkeşlərdə böyük inam yaratmışdı. Bununla belə, Uruqvay yekunda finaldakı qələbəsi ilə ev sahibinin azarkeşlərini susdurdu - bu matç tarixə "Maracanazo" kimi düşəcəkdi. Bu məğlubiyyət "Selesaon"un ən mühüm dünya çempionatı təcrübələrindən biri olacaq və beşqat çempionların hekayəsinin, eyni zamanda, uğursuzluqlarla da iç-içə olduğunu nümayiş etdirəcəkdi.
Braziliya millisi üçün dünya çempionatı sadəcə idman yarışı deyil, bir din kimidir. Bu çempionatda "sambaçılar" altıncı ulduza çata biləcəklərmi, yoxsa Avropanın taktiki intizamı yenə də Braziliya sehrini kölgədə qoyacaq?

Mənbə
oxu.az