İdman

UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" evdə rəqiblərini məğlub etdilər - VİDEO

01 May 2026, 01:04 1 baxış
UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" evdə rəqiblərini məğlub etdilər - VİDEO
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Oxu.Az xəbər verir ki, günün qarşılaşmalarında "Braqa" "Frayburq"u, "Nottingem Forest" isə "Aston Villa"nı qəbul edib.
İngiltərənin iki təmsilçisinin görüşünün taleyini bir qol həll edib. Kris Vudun 71-ci dəqiqədə penaltidən vurduğu qol "Nottingem Forest"ə qələbə qazandırıb. "Braqa" - "Frayburq" oyununda 2:1 hesabı qeydə alınıb. Portuqaliya təmsilçisi əlavə edilmiş dəqiqələrdə fərqlənərək rəqibini üstələyə bilib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları isə mayın 7-də keçiriləcək.
UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" evdə rəqiblərini məğlub etdilər - VİDEO UEFA Avropa Liqası: "Nottingem Forest" və "Braqa" evdə rəqiblərini məğlub etdilər - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər