İdman
UEFA Konfrans Liqasının tarixində ən erkən qol vuruldu
İngiltərənin "Kristal Pelas" futbol klubunun hücumçusu İsmaila Sarr UEFA Konfrans Liqası turnirinin tarixində ən erkən qolun müəllifi olub. Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, o, Konfrans Liqasının yarımfinal mərhələsində "Şaxtyor Donetsk"in qapısına yol tapmaqla bu nəticəyə imza atıb. 28 yaşlı seneqallı oyunçu matçın 21-ci saniyəsində fərqlənib. Görüş "Kristal Pelas"ın 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az