İdman

İran millisi ABŞ-dəki dünya çempionatında iştirak edəcək? - FIFA prezidenti məsələyə aydınlıq gətirdi

30 Apr 2026, 23:36 1 baxış
İran millisi ABŞ-dəki dünya çempionatında iştirak edəcək? - FIFA prezidenti məsələyə aydınlıq gətirdi
"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək". Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino Vankuverdə keçirilən FIFA Konqresində bildirib. "Əlbəttə, İran millisi ABŞ-də oynayacaq. Səbəb çox sadədir. Biz birləşməli və insanlar arasında təmas qurmalıyıq. FIFA dünyanı birləşdirir. Biz hər zaman pozitiv əhval-ruhiyyəni yadda saxlamalıyıq", - deyə İnfantino vurğulayıb. Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsindəki bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə qarşı) ABŞ ərazisində keçirməlidir. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər