İdman
London marafonunda rekord qıran atletə xüsusi nömrə nişanlı avtomobil verildi
Keniya Prezidenti Uilyam Ruto London marafonunda dünya rekordu qıran atlet Sebastyan Saveni pul mükafatı və xüsusi nömrə nişanlı yeni avtomobillə mükafatlandırıb. Oxu.Az "Capital FM" radiosuna istinadən xəbər verir ki, hökumət Saveyə ümumi məbləği səkkiz milyon Keniya şillinqi (təxminən 62 min dollar) olan iki çek ayırıb. Həmçinin ona rekord göstəricini dəqiqliklə təkrarlayan "1:59:30" fərdi nömrə nişanlı yeni avtomobil hədiyyə edilib. Xatırladaq ki, aprelin 26-da London marafonunda 31 yaşlı keniyalı 1 saat 59 dəqiqə 30 saniyəlik nəticə ilə finişə çatıb. o, Beynəlxalq Yüngül Atletika Federasiyasının himayəsi altında keçirilən rəsmi yarışlarda 42 km 195 m məsafəni iki saatdan az vaxtda qət edən ilk yüngül atlet olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az