Cəmiyyət

Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub

30 Apr 2026, 22:00 1 baxış
Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub. Oxu.Az xəbər verir ki, görüş zamanı telekanalın direktoru Ramin Cəfərov səfiri kanalın iş prinsipləri, rəqəmsal media uğurları və Çin, Özbəkistan, Qazaxıstanın aparıcı media qurumları ilə imzalanmış əməkdaşlıq memorandumları barədə məlumatlandırıb. Səfir Dmitri Pineviç Baku TV-nin texnoloji imkanlarını təqdir edərək bildirib ki, o, Baku TV ilə yanaşı, "Global Media Group"a daxil olan digər media resurslarının da fəaliyyətini, hazırlanan xəbərlərə peşəkar yanaşmanı daim izləyir və yüksək qiymətləndirir. O, Azərbaycan və Belarus arasında media platformaları üzərindən qurulacaq bağların hər iki xalq üçün faydalı olacağını və dürüst informasiya axınının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə gələcək tərəfdaşlıq və birgə layihə imkanları da müzakirə olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər