Cəmiyyət

Sumqayıtda suyun verilişində fasilə yaranacaq

30 Apr 2026, 19:36 1 baxış
Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.


Sumqayıt Sukanal idarəsindən Axar.az-a bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.


Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər