Dünya
Avropada artan korrupsiya və erməni fitnəsinə pullu xidmət - Nə baş verir?
"Avropa Parlamentində korrupsiya halları ilə bağlı faktlar o qədər artıb ki, artıq bu istiqamətdə məlumatlar adi hala çevrilib". Bunu Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, hazırda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomas Okampo ilə bağlı videogörüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının (Aİ) yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir: "Prokuror vəzifəsini böyük qalmaqalla tərk edən Luis Okamponun son illər pul qarşılığında erməni lobbiçisinə çevrildiyini hər kəs bilir və özü də bunu inkar etmir. Yalan danışmaq, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalar bu şəxsin fəaliyyətində prioritetdir. Haqqında danışılan materiallar da onun və oğlunun Avropa siyasi sisteminə təsir imkanlarını, müxtəlif siyasi proseslərə müdaxilə mexanizmlərini açıq şəkildə ortaya qoyur". "Faktlar göstərir ki, erməni lobbisinin və eləcə də Rusiyanın təsir dairəsində olan erməni oliqarxların sifarişi əsasında Ermənistanda keçiriləcək seçkilərə müdaxilə planları qurulur. Bu isə əslində Ermənistanın daxili işlərinə kobud müdaxilə və regional sülhə, təhlükəsizliyə zərbə vurmaq cəhdidir. Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri də Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır. Avropa İttifaqının xarici siyasət strukturlarında mühüm rol oynamış Borrelin təbii ki, müəyyən təsir imkanları olub. Amma onu da qeyd etmək lazımdır ki, Borrel strateji qərarların qəbulunda tək söz sahibi olmayıb. Avropa İttifaqının xarici siyasəti üzv ölkələr, Avropa İttifaqı Şurası və Avropa Komissiyası arasında razılaşdırma əsasında formalaşır. Yəni başqa sözlə Borrel də tək olmayıb", - deyə ekspert vurğulayıb. Analitik hesab edir ki, belə ittihamlar təsdiqlənsə, nəticələri çox ciddi ola bilər: "Birincisi, bu, Avropa İttifaqı institutları daxilində siyasi böhrana gətirib çıxara bilər, o cümlədən bəzi vəzifəli şəxslərin istefası və parlament araşdırmalarının başlanması mümkündür. İkincisi, bu, Avropa İttifaqının şəffaflıq, hüququn aliliyi və demokratik nəzarət prinsiplərinə əsaslanan təşkilat kimi nüfuzuna ciddi zərər vuracaq. Bu isə həm üzv ölkələr daxilində, həm də beynəlxalq tərəfdaşlar arasında etimadın zəifləməsi ilə nəticələnər".

Mənbə
oxu.az