Siyasət

Vatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTO

30 Apr 2026, 17:30 1 baxış
Vatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTO
"Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsi zamanı deyib.
"Dövlətlərimiz arasında siyasi dialoq davamlı və yüksək səviyyədədir. Bu, ilk növbədə Heydər Əliyev Fondunun artıq 15 ildən çoxdur ki, Müqəddəs Taxt-Tac və onun dini, elmi və akademik qurumları ilə çoxşaxəli və səmərəli əməkdaşlığı ilə bağlıdır. Vatikan ərazisində yerləşən dini və mədəni abidələrin, o cümlədən Müqəddəs Pyotr Bazilikası, Vatikan Muzeyləri, Vatikan Apostol Kitabxanası və katakombaların bərpasına verdiyimiz töhfədən qürur duyuruq. Hazırda əməkdaşlıq elm, arxiv işi və səhiyyə kimi sahələri də əhatə etməyə başlayıb. Bu dinamikanın digər mühüm göstəricisi Bakıda Müqəddəs II İohann Pavelə həsr olunmuş katolik kilsəsinin tikintisidir və onun 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Bütün bu amillər Azərbaycanın multikulturalizmə, dini tolerantlığa və sivilizasiyalararası dialoqa sadiqliyini nümayiş etdirir və hörmət və məsuliyyətə əsaslanan diplomatiyanı əks etdirir", - Prezidentin köməkçisi qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər