Dünya

Belçika AES reaktorlarının sökülməsini dayandırdı və nüvə enerjisinə qayıdır

30 Apr 2026, 17:56 1 baxış
Belçika AES reaktorlarının sökülməsini dayandırdı və nüvə enerjisinə qayıdır
Belçikanın Baş naziri Bart De Vever ölkəsinin dayandırılmış atom elektrik stansiyalarının (AES) reaktorlarının sökülməsi üzrə işləri dayandırdığını və nüvə energetikasını tam bərpa etmək niyyətində olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Belçika lideri sosial şəbəkə hesabında məlumat verib. Hökumət başçısının sözlərinə görə, Belçikanın əsas elektrik şirkəti - "Engie" ilə bütün nüvə parkının tam işə salınması məqsədilə zəruri tədqiqatlara başlanması üçün şərtlərin müəyyənləşdirilməsi barədə razılaşma imzalanıb. "Bu andan etibarən reaktorların sökülməsi üzrə bütün işlər dayandırılıb, qərar dərhal qüvvəyə minib", - deyə nazir bildirib. Beləliklə, enerji böhranı fonunda Belçika hökuməti 2000-ci illərin əvvəlindən həyata keçirilən nüvə energetikasından mərhələli imtina planından əl çəkib. Ölkədə onilliklər ərzində nəhəng AES-lər - "Doel" və "Tihange" fəaliyyət göstərib ki, bunlar da müxtəlif vaxtlarda enerji istehlakının yarısından çoxunu təmin ediblər. Əvvəllər istismarda olan yeddi blokdan hazırda yalnız birinin saxlandığı bildirilir. Belçika AES-lərinin operatoru 2008-ci ildən Fransanın "Engie" şirkətidir. Buna görə də Belçika hökumətinin milli energetika üzərində tam nəzarəti yoxdur və enerji təhlükəsizliyi ilə bağlı əsas qərarlar mürəkkəb danışıqlar nəticəsində qəbul edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər