Cəmiyyət

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

30 Apr 2026, 16:29 1 baxış
İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan prezidenti İlham Əliyevi şəhərin Fəxri Vətəndaşı elan edib.


Axar.az Report-a istinadla xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.


Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.


O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.


Azərbaycan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketini göndərilib.


Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirlib.

Mənbə axar.az

Oxşar Xəbərlər