Cəmiyyət
Nazir: "Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb" - FOTO
"Cari ilin birinci rübünün sonuna olan məlumata əsasən, nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1 250 uşaq məskunlaşıb". Oxu.Az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, həmin müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərilir: "Bununla yanaşı, nazirliyin sosial sifarişi ilə icra olunan "Sosial sığınacaqların inkişafına dəstək" layihəsi çərçivəsində cari il ərzində 168 nəfər baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşağa sosial xidmət göstərilir". Nazir əlavə edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir: "Həmçinin, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az
Oxşar Xəbərlər