Cəmiyyət

Milli Onkologiya Mərkəzində partlayış: ölən var

30 Apr 2026, 15:46 1 baxış
Milli Onkologiya Mərkəzində partlayış: ölən var

15:29


Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.


Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.


Araşdırma aparılır.


***


Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.


Bildirilib ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.


O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər