Dünya

Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?

30 Apr 2026, 12:12 1 baxış
Avropa dövlətləri birgə dəniz qüvvələri yaradır - Ciddi təhlükə gözlənilir?
Böyük Britaniya da daxil olmaqla 10 Avropa dövləti Rusiya təhlükəsinə qarşı və Şimali Avropada NATO donanmasına dəstək məqsədilə ortaq dəniz qüvvələrinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qəzetin yazdığına əsasən, Böyük Britaniya Kral Donanmasının komandanı Qvin Cenkins yeni birgə hərbi dəniz qüvvələrinin yaradıldığını rəsmi açıqlayaraq, bu addımın şimal istiqamətindəki dəniz sərhədlərindən gələ biləcək təhdidlərin dəf edilməsi üçün vacib olduğunu vurğulayıb. Cenkins hesab edir ki, beynəlxalq dəniz donanmasının təşkili gələcək mümkün əməliyyatlarda hazırlıq səviyyəsini və əlaqələndirməni yüksəldəcək. Zərurət yaranacağı təqdirdə, vahid qüvvələrin idarəetməsi Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən icra olunacaq. Xəbərdə həmçinin vurğulanıb ki, Amerika Birləşmiş Ştatları bu birliyə qatılmayacaq, lakin Kanadanın iştirakı ehtimalı dəyərləndirilir. Ötən gün isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Qərb dövlətlərinin Rusiyanın müharibə niyyətində olmadığını yaxşı anladıqlarını söyləyib. O bildirib ki, Qərb yalnız yeni alternativ dünya düzəninin formalaşmasından ehtiyat edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər