Dünya
Cənubi Koreyada yaşayış binasında yanğın: Ölən və yaralananlar var-VİDEO
Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Uyvanq yaşayış məntəqəsində yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı şəxs isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu məlumatı yerli rəsmi qurumlara istinadla "Yonhap" agentliyi yayımlayıb.
Alov 20 mərtəbədən ibarət yaşayış kompleksinin 14-cü mərtəbəsindəki mənzildə başlayıb. Yanğınsöndürmə briqadaları təqribən iki saatlıq mübarizədən sonra yanğının qarşısını tam şəkildə ala biliblər. Məlumata görə, təxminən 60 yaşlarında olan kişi yanğın zamanı mənzilin pəncərəsindən düşərək həlak olub. Onun 50 yaşlarındakı həyat yoldaşı isə evdə huşunu itirmiş vəziyyətdə aşkar edilib. Hadisə zamanı digər altı nəfər tüstüdən yüngüldərəcəli zəhərlənmə əlamətləri ilə xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanları və yanğınsöndürmə mütəxəssisləri alovlanmanın, eləcə də iki nəfərin ölümünün dəqiq səbəblərini araşdırırlar. Bildirilir ki, hadisə yerindən kişiyə məxsus olduğu ehtimal edilən məktub da tapılıb. Yazıda mərhumun şəxsi və maddi problemlərdən əziyyət çəkdiyi öz əksini tapıb.

Mənbə
oxu.az