Dünya

Rusiyada kömür mədənində UÇQUN: Dağıntılar altında qalanlar var

30 Apr 2026, 11:08 1 baxış
Rusiyada kömür mədənində UÇQUN: Dağıntılar altında qalanlar var
Rusiyanın Maqadan vilayətində kömür mədənində baş verən uçqun nəticəsində səkkiz nəfərin dağıntılar altında qalması ehtimalı var. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Susuman şəhər dairəsindəki Kadıkçanski kömür mədənində dağın uçması barədə məlumat daxil olub. İlkin məlumata görə, dağıntılar altında 8 nəfərə qədər adam ola bilər", - deyə nazirlikdən bildiriblər. Uçqun yerinə yanğınsöndürənlər, dağ-xilasetmə qüvvələri və tibb işçiləri yollanıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər