Dünya

Kaliforniyada eniş edən təyyarə dronla toqquşmaqdan son anda xilas oldu - VİDEO

30 Apr 2026, 10:04 1 baxış
Kaliforniyada eniş edən təyyarə dronla toqquşmaqdan son anda xilas oldu - VİDEO
Kaliforniya ştatında San-Fransiskodan San-Dieqoya uçan sərnişin "Boeing 737" təyyarəsi eniş edərkən pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda yayına bilib. Oxu.Az xəbər verir ki, bu barədə uçuşu həyata keçirən "United Airlines" aviaşirkətinin nümayəndəsinə istinadən CBS telekanalı məlumat yayıb.
Bildirilib ki, təhlükəli hal təxminən 900 metr yüksəklikdə baş verib. Dronu hava gəmisinin pilotu fərq edib. O, təyyarə ilə aparat arasındakı məsafəni ciddi risk hesab edib, lakin xoşbəxtlikdən faciənin qarşısı alınıb. Təyyarə San-Dieqo hava limanına uğurla eniş edib, sərnişinlər salonu adi qaydada tərk ediblər. Laynerin gövdəsində heç bir zədə aşkarlanmayıb. ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) hava limanlarının yaxınlığında hər hansı dronun uçuşunun qadağan edildiyini vurğulayaraq hadisəni təsdiqləyib. İnsidentin araşdırılmasına Federal Təhqiqatlar Bürosu (FTB) cəlb olunub. İlk növbədə dronun kimə məxsusluğu və hansı səbəbdən aeroportun uçuş-eniş zolağına yaxınlaşdığı aydınlaşdırılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər