Dünya

Pentaqon çoxnövlü raket istehsalı üçün milyard dollarlıq müqavilə imzaladı

30 Apr 2026, 10:12 1 baxış
Pentaqon çoxnövlü raket istehsalı üçün milyard dollarlıq müqavilə imzaladı
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ölkənin müdafiə korporasiyası "Lockheed Martin" ilə HIMARS çoxnövlü raket sistemlərinin istehsalı üçün 1 milyard dollardan çox məbləğdə müqavilə bağlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, sövdələşmənin yekun məbləği 1 milyard 132 milyon 447 min 811 dollar təşkil edəcək. Müqavilənin 2028-ci ildə aprelin 30-na qədər yekunlaşması gözlənilir. İstehsal olunan buraxılış qurğuları ABŞ ordusunun ehtiyaclarına, həmçinin Avstraliya, Kanada, Estoniya, İsveç və Tayvana tədarükə yönəldiləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər