Maraqlı
Alman bloqer paraşütlə tullanarkən Rubik kubunu yığaraq dünya rekordu qırdı - VİDEO
Almaniyadan olan 23 yaşlı bloqer Tom Kopke paraşütlə sərbəstdüşmə zamanı 23.3 saniyə ərzində Rubik kubunu tamamlayaraq yeni dünya rekorduna imza atıb. Bu tarixi nailiyyət Cənubi Afrika Respublikasındakı Mossel körfəzinin səmasında qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.
Xəbərə əsasən, bu uğuru əldə etmək üçün ekstremal idmançıya bir neçə sınaq lazım olub. Kopke verdiyi müsahibədə məşhur tapmacaya olan həvəsinin yeniyetməlik dövründən yarandığını qeyd edib. "Rubik kubunu ilk dəfə 18 yaşımda olarkən həll etmişəm və o zamanlar üzərində çox çalışırdım. Hətta bəzi qeyri-adi fəndlər göstərməyə çalışdığım bir video da hazırlamışdım. Həmin vaxt söz vermişdim ki, günlərin birində paraşütlə tullanarkən bu kubu tamamlayacağam", - deyə bloqer təəssüratını bölüşüb. Qeyd edək ki, bundan əvvəlki rekordun sahibi avstraliyalı Sem Sirakki olub. O, 2023-cü ildə eyni tapşırığı 28.25 saniyəyə yerinə yetirməyi bacarıb.

Mənbə
oxu.az