Dünya
Türkiyədən maraqlı görüntülər: İstanbul boğazında delfinlər "rəqs ediblər" - FOTO - VİDEO
Türkiyədə Sarayburnu sahilində, İstanbul boğazının girişində su üzünə çıxan delfinlər möhtəşəm mənzərə nümayiş etdiriblər. Dron kamerasına çəkilən görüntülərdə delfinlərin rəqs edirmiş kimi suyun üzərində tullanaraq hərəkət etdiyi anlar əks olunub. Oxu.Az bu barədə İHA-ya istinadən xəbər verir.
Delfinlər dalğalarla birlikdə ritmik şəkildə qalxıb-enərək suyun üzərində sanki xoreoqrafik rəqs nümayiş etdiriblər. Bəzən tək-tək, bəzən sürü halında hərəkət edən delfinlər Sarayburnu sahili boyunca sürətlə irəliləyiblər, bəzən isə bir-birinin ardınca tullanaraq gözoxşayan mənzərə yaradıblar. Bəzi anlarda isə delfinlər İstanbul boğazından keçən gəmilərlə sanki yarışa çıxıblar.
{{gallery}}

Mənbə
oxu.az