Maraqlı

Rusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu oldu

30 Apr 2026, 02:44 1 baxış
Rusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu oldu
Rusiyanın Vladimir vilayətində bir çilingər vanna otağında böyük hörümçək gördükdən sonra lotereyada fantastik məbləğdə pul udub. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, lotereyanın qalibi 56 milyon rubl (təxminən 1,268 milyon manat) qazanıb. Rusiyalı kişi bildirib ki, böyük məbləğdə uduşdan bir gün əvvəl lotereyada qalib gəlməyi arzulayıb və səhəri gün tezdən vanna otağında iri hörümçək görüb. Onun iddiasına görə, evdə böyük hörümçək görmək pula işarə sayılır. Bundan ilhamlanan Vladimir vilayətinin sakini bir neçə lotereya bileti alıb və nəticədə böyük məbləğdə pul qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər