Dünya

Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib

30 Apr 2026, 01:24 1 baxış
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə V.Zelenskinin rəsmi saytında dərc olunan fərmanda qeyd olunub. Sənədə əsasən, Viktor Lukaşenko və Dmitri Lukaşenkoya qarşı məhdudiyyətlər 10 il müddətinə tətbiq edilir. Ümumilikdə, Ukraynanın sanksiya siyahısına Belarusun 16 vətəndaşı və 11 hüquqi şəxsi daxil edilib. Qeyd edək ki, aprelin 29-da Zelenski yeni anti-Rusiya sanksiyalar paketini imzalayıb. Onun sözlərinə görə, Belarusla bağlı məhdudiyyətlər Minskin Ukraynaya qarşı hərbi əməliyyatlara qoşulmasının qarşısını almaq məqsədi daşıyır.
Mənbə oxu.az

Oxşar Xəbərlər