Dünya
Tramp: "Putin bir müddət əvvəl sülh müqaviləsi bağlamağa hazır idi, lakin..."
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin bir müddət əvvəl sülh sazişi bağlamağa hazır olduğunu, lakin bəzi insanların ona mane olduğunu bildirib. Oxu.Az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı o, Ağ Evdə "Artemida-2" missiyasının astronavtları ilə görüşü zamanı səsləndirib. Tramp həmçinin Putini qismən atəşkəs tətbiq etməyə çağırdığını və Kreml rəhbərinin buna razı ola biləcəyini qeyd edib. Trampdan hansı müharibənin - İran, yoxsa Ukrayna müharibəsinin daha tez bitəcəyini soruşduqda, o, Ukraynanın döyüş meydanında artıq məğlub olduğunu iddia edib, lakin İrandan danışanda 159 gəminin məhv edilməsini xatırladıb.
Mənbə
oxu.az