Dünya

Tramp: "İran bizə "təslim oluruq" deməlidir"

30 Apr 2026, 00:48 1 baxış
Tramp: "İran bizə "təslim oluruq" deməlidir"
"Birləşmiş Ştatlar İranın öz məğlubiyyətini etiraf və mübarizədən imtina etdiyini açıq şəkildə bildirməsini gözləyir". Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib. "Onların etməli olduğu yeganə şey sadəcə olaraq "biz təslim oluruq" deməkdir. Onların iqtisadiyyatı hazırda çox pis vəziyyətdədir. Bu, ölü iqtisadiyyatdır", - deyə amerikalı lider vurğulayıb. Tramp qeyd edib ki, ABŞ nümayəndələri hazırda İranla daha çox telefon vasitəsilə danışıqlar aparırlar və hər dəfə uçuşlara 18 saat sərf etmir. Onun sözlərinə görə, hətta sənədlərin imzalanması da telefon əlaqəsi vasitəsilə razılaşdırılır. "Onlar böyük yol keçiblər. Sual budur ki, kifayət qədər irəli gedəcəklərmi? Lakin nüvə silahından imtina etməyə razı olmasalar, sülh sazişi də olmayacaq", - deyə ABŞ prezidenti əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər