Maraqlı
15 ölkə, doqquz min şəkil: İlin qalibi 20 yaşlı gənc oldu - FOTO
Avropada "İlin Təbiət Fotoqrafı 2026" mükafatının münsiflər heyəti müsabiqənin qaliblərini elan edib. Müsabiqəyə 15 ölkədən 9 000-ə yaxın fotoşəkil göndərilib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat GDT təşkilatının rəsmi saytında dərc olunub.
Müsabiqənin qalibi 20 yaşlı təbiət fotoqrafı Luka Lorents olub. Onun çəkdiyi Alp dovşanı şəkli canlının təbiət qoynunda necə "itdiyini" vizual şəkildə nümayiş etdirir. Teleobyektivlə yaxından çəkilməsinə baxmayaraq, istifadə olunan texnika dovşanın təbii gizlənmə qabiliyyətini ön plana çıxarıb. Şəkildəki incə, bulanıq cizgilər isə sərt relyefdən keçən qar dənələrinin axınını əks etdirir. Alp dovşanları dağ həyatına ideal şəkildə adaptasiya olunublar. Onlar mövsümdən asılı olaraq tük rənglərini dəyişirlər: yay aylarında qəhvəyi, qışda isə ağ rəngə çevrilən bu canlılar ilboyu mükəmməl kamuflyaj imkanına malik olurlar. GDT müsabiqədə iştirak edən digər fotoqrafların da işlərini ictimaiyyətə təqdim edib.
{{gallery}}

Mənbə
oxu.az