İdman

"Mançester Siti" daha bir futbolçusu ilə yollarını ayırır - FOTO

28 Apr 2026, 19:18 1 baxış
"Mançester Siti" daha bir futbolçusu ilə yollarını ayırır - FOTO
"Mançester Siti" mövsümün sonunda təcrübəli futbolçusu Con Stounzla yollarını ayıracağını rəsmən bəyan edib. Oxu.Az xəbər verir ki, ayrılıq qərarı ilə bağlı məlumat "şəhərlilər"in rəsmi saytı vasitəsilə ictimaiyyətə çatdırılıb. Bildirilib ki, 31 yaşlı müdafiəçi yay transfer pəncərəsində azad agent kimi komanda ilə vidalaşacaq. Qeyd edək ki, 2016-cı ildən etibarən "Mançester Siti"nin şərəfini qoruyan mərkəz müdafiəçisi cari mövsümdə 13 qarşılaşmada mübarizə aparıb. Xatırladaq ki, bir müddət əvvəl "şəhərlilər"in kapitanı Bernardu Silva da mövsüm sonunda komandadan ayrılacağını açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər