İdman

"Real Madrid"in futbolçusu əməliyyat olundu - FOTO

28 Apr 2026, 18:28 1 baxış
"Real Madrid"in futbolçusu əməliyyat olundu - FOTO
İspaniya futbol nəhəngi "Real Madrid"in müdafiəçisi Eder Militao əməliyyat olunub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, 28 yaşlı braziliyalı müdafiəçinin sol ayağında cərrahi müdaxilənin aparılması zərurəti yaranıb və əməliyyat həyata keçirilib. Təcrübəli oyunçunun artıq yaxın günlərdə xüsusi reabilitasiya və bərpa prosesinə başlayacağı diqqətə çatdırılıb. Xatırladaq ki, Eder Militao cari mövsüm ərzində İspaniya Laliqasında meydana çıxdığı 16 qarşılaşmada rəqib qapılarından 2 top keçirməklə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər