İdman

Emmanuel Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdı

28 Apr 2026, 18:44 1 baxış
Emmanuel Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdı
Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Bavariya" qarşılaşması barədə proqnozunu bölüşüb. Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verilir ki, dövlət başçısı Paris klubunun qələbəsinə inandığını bildirib. Əslində "Olimpik Marsel" azarkeşi olduğunu gizlətməyən E.Makron beynəlxalq arenada ölkə təmsilçisini dəstəklədiyini vurğulayıb: "Mən "Marsel" azarkeşiyəm, lakin bu gün PSJ oynayır və mən onları dəstəkləyəcəyəm! Hesabın 3:1 Paris klubunun xeyrinə olacağını düşünürəm". Qeyd edək ki, bu gün Parisdə tərəflər arasında ilk matç keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər