Cəmiyyət

Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO

28 Apr 2026, 18:00 2 baxış
Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO
Şirvan şəhərində "Salyan dairəsi" kimi tanınan ərazi sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Bu barədə Oxu.Az -a müraciət daxil olub. Bildirilib ki, asfalt örtüyünün sıradan çıxması, yolun yararsız vəziyyətdə olması ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə, həmçinin nəqliyyat vasitələrinə maddi ziyan dəyməsinə səbəb olur. "Neçə vaxtdır yol bu vəziyyətdədir, amma gəlib tədbir görən yoxdur", - deyə şikayətdə qeyd edilib.


Şirvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib. "2025-ci il ərzində Şirvan şəhərinin N.Nərimanov, F.Eynullayev, T.Ələkbərov, 20 Yanvar, M.İbrahimov o cümlədən 26 küçəsində 48 729.4 kv.m əraziyə asfalt çəkilib. Bu il ərzində asfaltlanma işləri başlananda qeyd olunan M.Mirzəyev küçəsinə də ("Salyan dairəsi") asfalt örtüyü vurulacaq. Son 5 il ərzində ümumilikdə şəhərin 142 küçəsinə 257 506 kv.m asfalt-beton örtüyü vurulub", - deyə məlumatda bildirilib.
Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər