Cəmiyyət

90 min müəllimin maaşı tənzimlənəcək

28 Apr 2026, 17:32 2 baxış
90 min müəllimin maaşı tənzimlənəcək

Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.


O bildirib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.


Eşqi Bağırov qeyd edib ki, bu il müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək.


"2022-2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu il göstəricilər artacaq. Düşünürük ki, 90 min müəllimin maaşı differensial qaydada tənzimlənəcək".

Mənbə axar.az

Oxşar Xəbərlər