İdman

Harri Keynin "Bavariya"da oyun mövqeyi dəyişir

28 Apr 2026, 15:24 1 baxış
Harri Keynin "Bavariya"da oyun mövqeyi dəyişir
"Bavariya"nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın hücumçusu Harri Keynin bundan sonra meydanda fərqli mövqedə çıxış edəcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "T-Online" məlumat yayıb. "Keyn həmişə çox qol vuran böyük hücumçu olub, lakin indi o, yarımmüdafiə mövqeyinə kömək edəcək. İngilis forvard Maykl Olise ilə Luis Diası zərbə mövqelərinə çıxarmaq üçün öz mükəmməl uzun ötürmələrindən istifadə edən pleymeykerdir. Bu, bizim oyun tərzi üçün çox vacibdir", - deyə Rummenigge bildirib. Qeyd edək ki, Keyn 2023-cü ilin avqustundan "Bavariya"da çıxış edir, onun klubla müqaviləsi gələn ilin yayına qədərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər