İdman

Musa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi oldu

28 Apr 2026, 14:20 1 baxış
Musa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi oldu
"Qarabağ" Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan "Qarabağ"ın orta məhsuldarlığı 1.44-ə bərabərdir. Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da "Plastik"lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər