İdman

"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı

28 Apr 2026, 12:32 1 baxış
"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib. Oxu.Az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir. "Ağ-qaralar"ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də "Xəzər Lənkəran"la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib. Qeyd edək ki, "Neftçi" "Palms Sports Arena"dakı görüşdə "Qarabağ"a 1:5 hesabı ilə uduzub.
Mənbə oxu.az

Oxşar Xəbərlər