Dünya

Qızıl və gümüş ucuzlaşdı

28 Apr 2026, 11:12 1 baxış
Qızıl və gümüş ucuzlaşdı
Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 650 dollardan az olub. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir. Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 1.12% azalaraq 4 641.3 dollar olub. Saat 8:45-də isə qızılın qiyməti 4 638 dollar (-1.19%) səviyyəsində müəyyənləşib. May ayına çatdırılma ilə gümüş füçerslərinin trua unsiyası 73.135 dollar (-2.52%) səviyyəsində olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər