İdman
Nəhəng qarşılaşma gəlir: Fyuri ilə Coşua üz-üzə
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri 2026-cı ilin sonunda həmyerlisi, WBO, WBA və IBF çempionu Entoni Coşua ilə döyüşəcək. Oxu.Az xəbər verir ki, bu barədə "The Ring" jurnalisti Mayk Koppincer öz "X" sosial şəbəkə hesabında məlumat yayıb. "Tayson Fyuri və Entoni Coşua döyüşün bu ilin dördüncü rübündə baş tutacağını bəyan ediblər. "Ring Magazine"in "Netflix"dəki məlumatına görə, bu hadisə Britaniya boks tarixinin ən möhtəşəm qarşılaşmalarından biri olacaq", - deyə M.Koppincer yayımladığı videoda bildirib. 37 yaşlı britaniyalı Fürinin hesabında 35 qələbə (24-ü nokautla), iki məğlubiyyət və bir heç-heçə var. O, 2025-ci ildə karyerasını başa vurduğunu elan etsə də, 2026-cı ilin aprelində rinqə qayıdaraq rusiyalı Arslanbek Mahmudovu məğlub edib. 36 yaşlı Coşuanın aktivində isə 29 qələbə və dörd məğlubiyyət var. İyulun 25-də o, albaniyalı Kristian Prenqa ilə döyüş keçirəcək.
Mənbə
oxu.az