İdman

Reşford və "Barselona" razılığa gəldilər

27 Apr 2026, 22:24 1 baxış
Reşford və "Barselona" razılığa gəldilər
Hazırda icarə əsasında "Barselona" klubunda çıxış edən "Mançester Yunayted"in hücumçusu Markus Reşford Kataloniya təmsilçisi ilə tamhüquqlu müqaviləni razılaşdırıb. Oxu.Az bildirir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat verib. Mənbənin məlumatına görə, saziş 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bildirilir ki, həm oyunçu, həm də klub əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. "Mançester Yunayted" və "Barselona" arasındakı icarə müqaviləsində M.Reşfordun transfer qiyməti 30 milyon avro təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər