İdman

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

27 Apr 2026, 22:44 1 baxış
Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib. Bildirilib ki, dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb. 4 085 xal toplayan komanda tarixində ilk dəfə olaraq bu uğura imza atıb. Reytinq cədvəlinin ikinci pilləsində 3 890 xalla son Avropa çempionu Serbiya yer alır. İlk üçlüyü isə 3 385 xalla Rumıniya komandası tamamlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər