Cəmiyyət
Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir - FAKTİKİ HAVA
Aprelin 27-si saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir. Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər