Digər
"Porsche" SUV model sırasını genişləndirir
Bir ikonadan ilhamlanıb - yeni "Porsche Cayenne Coupe Electric" • "Porsche 911"dən ilhamlanan dam xətti ilə emosional dizayn; • Ümumi gücü 850 kVt-a (1 156 a.g.) qədər olan üç model; • 0.23 havaya qarşı müqavimət əmsalı (cd) və daha uzun yürüş məsafəsi ilə təkmilləşdirilmiş aerodinamika; • Daha idman görünüş üçün opsional "Lightweight Sport" paketi. "911" modelinin ikonik siluetindən və xarakterik "flyline" dam xəttindən ilhamlanan yeni "Cayenne Coupe Electric" modelləri güclü proporsiyaları yüksəksəviyyəli elektrik performansı ilə birləşdirir. Vizual və texniki baxımdan bu modellər SUV seqmentində ən emosional və idman xarakterli avtomobillərdən biridir. Bazara çıxış zamanı üç fərqli mühərrik versiyası təqdim olunacaq və maksimum 850 kVt (1 156 a.g.) mühərrik mövcuddur. Ştutqart: Yeni "Cayenne Coupe" modelləri dominant görünüşü "911"in ikonik dam xətti ilə birləşdirir. "Coupe" versiyalar A sütunundan arxaya doğru fərqlənir və ön şüşə də xüsusi olaraq yenidən dizayn edilib. "Yüngül meyilli dam xətti avtomobilin geniş çiyinləri üzərindən zərif şəkildə axaraq "Cayenne Coupe"yə xüsusilə idman görünüşü verir", - deyə "Style Porsche" xarici dizayn rəhbəri Tomas Stopka bildirib. Adaptiv arxa spoyler kuzova harmonik şəkildə inteqrasiya olunub, arxa şüşənin daha az birləşmə ilə yerləşdirilməsi isə təmiz və müasir görünüş yaradır. "Dəqiq xətlər, geniş proporsiyalar və parlaq qara pəncərə çərçivələri hər detalda idman ruhunu əks etdirir. Yeni "Cayenne Coupe Electric" açıq şəkildə mövqeləndirilmiş və tam anlamı ilə idman avtomobilidir," - deyə Stopka əlavə edib. "Coupe" forması və maili dam xətti hava müqavimətini azaldır. Yeni modeldə cd əmsalı 0.23-dür (SUV: 0.25). Bu isə WLTP standartına görə yürüş məsafəsini modeldən asılı olaraq 18 km artıraraq maksimum 669 km-ə çatdırır. "Porsche Active Aerodynamics" sisteminə aktiv hava klapanları və adaptiv arxa spoyler daxildir. İdman proporsiyaları və gündəlik praktikliyi Tam elektrikli "Cayenne Coupe" uzunluğu 4 985 mm, eni isə 1 980 mm-dir (güzgülərsiz) və SUV-la eyni ölçülərə malikdir. Lakin hündürlüyü 24 mm azaldılaraq 1 650 mm təşkil edir. Buna baxmayaraq, praktiklik qorunur: baqaj həcmi 534-1 347 litr, ön baqaj isə əlavə 90 litrdir. Arxa oturacaqlar ikinəfərlik və ya 2+1 formatında mövcuddur və elektriklə tənzimlənir. SUV kimi, 3.5 tonadək qoşqu çəkmə qabiliyyəti də var. Daha sərt şərait üçün yolsuzluq ("off-road") paketi də təklif olunur. Üç modellə bazara çıxış "Cayenne Coupe Electric" modelləri SUV seriyasının üçpilləli güc strukturunu təkrarlayır: • "Cayenne Coupe Electric" 300 kVt (408 a.g.), "overboost"la 325 kVt (442 a.g.), 0-100 km/saat: 4.8 san, maksimal sürət: 230 km/saat. • "Cayenne S Coupe Electric" 400 kVt (544 a.g.), "overboost"la 490 kVt (666 a.g.), 0-100 km/saat: 3.8 san, maksimal sürət: 250 km/saat. • "Cayenne Turbo Coupe Electric" 630 kVt (857 a.g.), "overboost"la 850 kVt (1 156 a.g.), 0-100 km/saat: 2.5 san, maksimal sürət: 260 km/saat. Standart olaraq adaptiv pnevmatik asqı və "Porsche Active Suspension Management" (PASM) sistemi mövcuddur. "S" və "Turbo" modelləri üçün "Porsche Active Ride" opsionaldır. Bütün modellərə arxa ox sükan sistemi əlavə edilə bilər. 800 volt texnologiyası sayəsində avtomobil uyğun DC (sabit cərəyan) sürətli enerjidoldurma ilə 390 kVt-a qədər (bəzən 400 kVt) şarj ola bilir. AC (dəyişən cərəyan) enerjidoldurma 11 kVt standart, 22 kVt isə opsionaldır. Daha zəngin standart təchizat və "Lightweight Sport" paketi "Cayenne Coupe Electric" "Porsche Driver Experience" konsepsiyasını təqdim edir: tam rəqəmsal panel, mərkəzi ekran, sərnişin displeyi və opsional "AR head-up display". Sistem fərdiləşdirilə bilən vicetlər və tətbiqlərlə yüksək səviyyədə istifadəçi təcrübəsi yaradır. Standart olaraq panoramlı şüşə dam (opsional "Variable Light Control"la) və "Sport Chrono" paketi təqdim olunur. Opsional "Lightweight Sport" paketi isə avtomobilin çəkisini 17.6 kq-a qədər azaldır və paketə karbon dam, karbon detallar, 22 düymlük disklər və yüksəkperformanslı şinlər daxildir. Salon isə "Pepita" naxışlı oturacaqlar, "Race-Tex" tavan örtüyü və karbon səthlərlə daha idman xarakterli olur. Porsche Bakı Mərkəzi Ətraflı məlumat üçün: *2299
Mənbə
oxu.az