Dünya

Tramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir

27 Apr 2026, 15:52 1 baxış
Tramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb. Oxu.Az məlumat verir ki, siyasətçi bu barədə özünün "Truth Social" şəbəkəsindəki səhifəsində qeyd edib. ABŞ prezidenti ICE təşkilatının adının NICE (Milli İmmiqrasiya və Gömrük Mühafizəsi) kimi yenidən adlandırılmasını irəli sürən "Facebook" postunun ekran fotosunu yayımlayıb. Sözügedən qısaltma ingiliscə "gözəl" mənasını verən sözə bənzəyir, indiki qısaltma isə "buz" deməkdir. Tramp məsələyə münasibətini "Möhtəşəm ideyadır! Gəlin bunu edək" sözləri ilə ifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər